Qadına hədə-qorxu gələrək sırğasını aldı
5 Mart 2019 16:02 KriminalQuldurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini saxlanılıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, DİN-in Təhlükəsiz Şəhər Xidməti və Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 28-də Masazır qəsəbəsi ərazisində F.Şəfaqətovanı bıçaqla hədələyib qulağındakı 1 cüt qızıl sırğasını quldurluq yolu ilə almaqda şübhəli bilinən Bakı şəhər sakini H.Əliyev saxlanılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31