İstirahət mərkəzində BƏDBƏXT HADİSƏ - Əcnəbi vətəndaş xəsarət aldı
5 Mart 2019 15:13 KriminalQusar rayonunda istirahət mərkəzlərindən birində bədbəxt hadisə baş verib. Mərkəzdə çalışan xarici vətəndaşlardan birinin üzərinə 3,5 tonluq yük aşıb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, həmin şəxs xəstəxanaya yerləşdirilib. Şepelyov Nikita Mixayloviç qaraciyər, böyrək, dalaq, bağırsağın ağır xəsarətləri, çoxlu qanitirmə və ağır travmatik şok diqnozu ilə Qusar rayon mərkəzi xəstəxanasına daxil olub.
N.Şepelyov Qusar rayon mərkəzi xəstəxanasında əməliyyat olunub. Həkimlər yaralının həyatını xilas ediblər.
Qeyd edək ki, Şepelyov Nikita Mixayloviç Səhiyyə Nazirliyinə və Qusar Mərkəzi Rayon Xəstəxanasına minnətdarlıq məktubu ünvanlayıb.
Faktla bağlı Qusar rayon prokurorluğunda araşdırma aparılır.
publika
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31