Ağcabədidə avtomobil piyadanı vurub öldürdü

Ağcabədi rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. "Olaylar "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Hindarx qəsəbəsində qeydə alınıb. Belə ki, yolu keçmək istəyən piyadanı minik avtomobili vurub. Nəticədə 65 yaşlı Əsədova Gülsüm Hüseyn qızı hadisə yerində ölüb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31