Azərbaycanın “İnterpol”a verdiyi şəxs Türkiyədə saxlanıldı
4 Mart 2019 17:22 KriminalAzərbaycan dövlətinin beynəlxalq axtarışa verdiyi şəxs tutulub.
"İnterpol" xətti ilə beynəlxalq axtarışda olan 26 yaşlı Ağayar Ağazadə Türkiyədə saxlanılıb.
Cinayət Məcəlləsinin 206-cı (Qaçaqmalçılıq) və 240-cı (Güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi) maddələri ilə axtarışa verilmiş A.Ağazadənin Azərbaycana ekstradisiya edilməsi istiqamətində iş aparılır.(report.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31