Narkobaron “iş başında” yaxalanıb
4 Mart 2019 14:42 KriminalYevlax rayon sakininin evində xeyli miqdarda narkotik vasitə aşkar edilib. DİN-dən "Olaylar"a verilən məlumata görə, Mingəçevir ŞPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Yevlax rayon sakini N.Kərimov 10 qram marixuananı satarkən saxlanılıb. Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun evindən əlavə olaraq 2 kiloqram 630 qram marixuana aşkar edilərək götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31