Mobil telefonlar üçün ekranlar aşkarlanıb

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, Gürcüstandan gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "BMW 318" markalı avtomobil idarənin "Qırmızı Körpü" gömrük postunda saxlanılıb və gömrük baxışı keçirilib. DGK-dan "Olaylar2a bildirilib ki, sorğu-sual zamanı vətəndaş ona məxsus nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və ya bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama zamanı nəqliyyat vasitəsinin salonunda, qabaq sol tərəf qapının altında xüsusi düzədilmiş gizli saxlanc yerindən 180 ədəd müxtəlif markalı telefonlara aid ekranlar aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31