"Papanin körpüsü”ndə maşın aşdı – VİDEO
4 Mart 2019 13:31 KriminalBakıda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Bu barədə jurnalist Pərviz Musayev məlumat verib. Onun verdiyi məlumata görə, qəza "Papanin körpüsü" deyilən ərazidə baş verib.
Belə ki, yüksək sürətlə hərəkətdə olan avtomobilin sürücüsü idarəetməni itirib və maşın aşıb.
Ərazidə olan insanlar köməyilə sürücü aşan maşının içərisindən çıxarılıb.
Əraziyə yol polisləri cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
BAKU.WS
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31