Zaqatalada fındıq oğrusu ələ keçib

Zaqatala Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən rayonun Aşağı Tala kənd sakini  martın 2-də onun evinin həyətyanı sahəsindən 7 kisə fındığın oğurlanması barədə məlumat verib. "Olaylar" xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daxil olmuş müraciət əsasında RPŞ əməkdaşlarının isti izlərlə  keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin oğurluğu edən şəxs müəyyən olunub və şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətirilib. Ətrafında aparılan araşdırmalar zamanı onun Zaqatala rayon sakini 29 yaşlı Mühiddin Tahirov olduğu müəyyən edilib.  Dindirilmə zamanı M. Tahirov ümumi çəkisi 210 kq olan 7 kisə fındığı oğurladığını etiraf edib. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31