Ucarda 2 otaqlı ev yanıb

Ucarda vətəndaşa məxsus 2 otaqlı ev yanıb. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, rayonda ümumi sahəsi 50 m² olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları 30 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31