“Lənkəranski”nin ən yaxın adamı narkotikdən öldü- FOTO
1 Mart 2019 15:46 Kriminal43 yaşlı "vor-zakon" yüksək miqdarda kokain qəbulundan ölüb.
Məşhur "qanuni oğru", "Cemo Tbilliskiy" ləqəbli, gürcü əsilli Cemal Mikeladze fevralın 28-də İtaliyada vəfat edib.
43 yaşlı "vor-zakon" yüksək miqdarda kokain qəbulundan ölüb.
Məlumata görə, "Cemo" kimi atası, "Arsen" ləqəbli Cemal Mikeladze də kriminal avtoritet olub. O, 1993-cü ildə öldürülüb. "Cemo"nun qardaşı Mamuka isə iki ay öncə Moskvada qətlə yetirilib.
"Cemo" kriminal aləmdə azərbaycanlı "qanuni oğru" Rövşən Canıyevin ("Lənkəranski") ən yaxın adamlarından biri kimi tanınırdı.(qafqazinfo.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31