Dələduz qadın tutuldu – Adamları aldadıb soyğunçuluq edirmiş

Dələduzluq etdiyinə görə tutulmuş M.Əliyevanın ətrafında Nizami RPİ 24-cü PŞ-nin əməkdaşları tərəfindən əməliyyat tədbirləri aparılıb. Daxili İşlər Nazirliyindən "Olaylar"a bildirilib ki, onun ötən ilin fevral ayından sentyabr ayınadək olan müddətdə Bakı şəhər sakinləri D.Babayevanı, A.Əbdürrəhmanovanı, Y.Xəlilovu və R.Xudaverdiyevanı aldadıb onlardan qızıl-zinət əşyaları alması da müəyyən edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31