Keçmiş məhkumdan heroin götürülüb

Daxili işlər orqanları əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülüb. DİN-dən "Olaylar"a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında paytaxtın Nizami rayonu ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş F.Zeynalovdan 9 qrama yaxın heroin, həmçinin metamfetamin aşkar edilərək götürülüb.  Davam edən tədbirlərlə narkotik vasitəni ona satmaqda şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş R.Məmmədoğlu da müəyyən edilərək saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 93 qrama yaxın heroin, həmçinin  metamfetamin, "Hyundai" markalı avtomobilindən isə elektron tərəzi aşkar edilərək götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31