Suraxanıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Suraxanı rayonunun Yeni Suraxanı qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, fevralın 27-də saat 20 radələrində Suraxanı rayonunun Yeni Suraxanı qəsəbəsi ərazisində yerüstü piyada keçidinin altında Bakı şəhər sakini Q.Quliyev idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən paytaxt sakini İ.Kərimovu vurmuş və nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür. Suraxanı RPİ tərəfindən araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31