“Niva” piyadanı vurub öldürdü

Gəncə şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən "Olaylar"a verilən məlumata görə, fevralın 27-də saat 21 radələrində Gəncə şəhəri M.A.Abbaszadə küçəsində şəhər sakini U.Məmmədov idarə etdiyi "Niva" markalı avtomobillə yolu keçən həmyerlisi S.Süleymanovanı vurmuşdur. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür. Gəncə ŞBPİ tərəfindən araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31