Silsilə oğurluqla məşğul olan şəxslər ələ keçiblər
28 Fevral 2019 15:55 KriminalOğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri Ə.Əmrahov və S.Babayev saxlanılıblar. DİN-dən "Olaylar"a verilən məlumata görə, Xəzər RPİ 2-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 15-dən fevralın 27-dək olan müddətdə Buzovna qəsəbəsi ərazisindəki 3 evdən, ümumilikdə 2300 metr elektrik naqili, elektrik təmir-tikinti alətləri və su mühərriki oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Ə.Əmrahov və S.Babayev saxlanılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31