Keçmiş ANS-çi intihar etdi
28 Fevral 2019 14:44 KriminalSumqayıt şəhərində dəniz kənarından ANS TV-nin keçmiş əməkdaşı Pərviz İlqar oğlu Quliyevin meyiti tapılıb.
Sözügedən şəxs bir neçə gündür itkin düşmüşdü. Bu barədə sosial şəbəkələrdə paylaşımlar edilmişdi.
Məlum olub ki, Pərviz Quliyev dəniz kənarında yerləşən məkanların birində kəndirlə özünü asaraq intihar edib.
Onun hansı səbəbdən intihar etdiyi məlum deyil
Meyit müayinə olunmaq üçün ekspertizaya təhvil verilib.
axar
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31