Azərbaycanlı qızları Türkiyəyə aparıb, fahişəliyə cəlb edən qadın həbs edildi – FOTO
28 Fevral 2019 12:56 Kriminalİnsan Alveri ilə məşğul olan Yaqut Məmmədzadə adlı qadın həbs edilib.
Bakı şəhər sakini Y.Məmmədzadənin bir qrup şəxslə əlbir olub gəlir əldə etmək məqsədi ilə qadınları cinsi istismara məruz qoyması faktı müəyyən edilib. DİN-dən "Olaylar"a verilən məlumata görə, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən Bakı şəhər sakini Y.Məmmədzadənin bir qrup şəxslə əlbir olub gəlir əldə etmək məqsədi ilə qadınları Türkiyəyə aparıb cinsi istismara məruz qoyması faktı müəyyən edilmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Y.Məmmədzadə saxlanılmışdır. Faktla əlaqədar cinayət işi başlanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31