Bakıda doqquzmərtəbəli yaşayış binasında yanğın baş verib

Bakı şəhərinin Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasında yanğın qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, nəticədə bunanın 6-cı mərtəbəsində ümumi sahəsi 48 m² olan 2 otaqlı mənzilin bir otağının yanar konstruksiyaları və ev əşyaları 15 m² sahədə yanıb. Yanğın zamanı 1 nəfər xəsarət alıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31