Qardaşından qalma silah-sursatı polisə təhvil verdi

Ramana qəsəbə sakini silah-sursatı könüllü olaraq polisə təhvil verib. DİN-dən "Olaylar"a verilən məlumata görə, qanunsuz saxlanılan silah-sursatın könüllü təhvil verilməsi məqsədilə polis əməkdaşlarının keçirdikləri əməliyyat və profilaktiki tədbirlər öz nəticələrini verir. Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinə müraciət edən Ramana qəsəbə sakini olan qadın evinin çardağında idman çantasının içində mərhum qardaşına məxsus silah-sursat aşkar etdiyini və onları könüllü olaraq polisə təhvil vermək istədiyini bildirmişdir. Həmin ünvana gələn polis əməkdaşları oradan 2 ədəd "F-1" qumbarasını, 2 ədəd alışdırıcını, 64 ədəd avtomat patronunu, 2 ədəd patron darağını, 2 ədəd siqnal fişəngini və 1 ədəd silah təmizləmə ləvazimatını aşkar edərək götürmüş və aidiyyatı üzrə təhvil vermişlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31