Sumqayıt şəhər sakinində marixuana aşkar edilib
27 Fevral 2019 17:24 KriminalSumqayıt şəhər sakinində narkotik vasitə aşkar edilib. DİN-dən "Olaylar"a verilən mlumata görə, Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş M.Əliyev saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 485 qram marixuana aşkar edilmişdir. Ətrafında aparılmış tədbirlərlə onun şəhər ərazisində "İsuzu" markalı bir avtobusdan fevralın 11-də 30 manat, fevralın 22-də isə 40 manat, habelə fevralın 12-də digər "İsuzu" markalı avtobusdan 30 manat oğurlaması da müəyyən edilmişdir. Araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31