Əmircan sakinindən heroin götürülüb
27 Fevral 2019 17:23 KriminalƏmircan qəsəbə sakinindən narkotik vasitə götürülüb. DİN-dən "Olaylar"a verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Əmircan qəsəbə sakini S.Dadaşov saxlanılıb. Şəxsi axtarış zamanı ondan çəkisi 795 qramdan artıq heroin aşkar edilərək götürülüb. Faktla bağlı cinayət işi başlanılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31