İtkin düşmüş 5 yaşlı uşaq tapılıb

İtkin düşmüş 5 yaşlı uşaq tapılaraq valideynlərinə təhvil verilib.DİN-dən "Olaylar"a verilən məlumata görə, DİN-in "102 - Zəng Mərkəzi" Xidmətinə müraciət edən Bakı şəhər sakini olan qadın fevralın 26-da 5 yaşlı oğlunun itkin düşdüyünü bildirmişdir. Müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılmış və əməliyyat-axtarış tədbirlərinə başlanılmışdır. Uşaq həmin gün saat 13 radələrində DİN-in Baş Mühafizə İdarəsinin əməkdaşları tərəfindən tapılaraq valideynlərinə təhvil verilmişdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31