Qubada kafedə əxlaqsızlıq yuvası: 5 qadın saxlanıldı - Foto
27 Fevral 2019 15:30 KriminalQuba rayonunda əxlaqsızlıq yuvasının aşkar olunması ilə bağlı əməliyyat keçirilib.
Daxili İşlər Nazirliyinin "102 - qaynar xətti"nə və Quba rayon polis şöbəsinə rayon sakini Zeynəb Məmmədovanın "Tamerlan" adlı kafedə əxlaqsız yuva təşkil etdikləri barədə məlumat daxil olub.
Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində kafe sahibəsi və oğlu, eləcə də həmin kafedə işləyən 5 qadın saxlanılaraq polis şöbəsinə gətirilib.
Faktla bağlı Quba rayon polis şöbəsinin istintaq bölməsində Cinayət Məcəlləsinin 243-cü (Fahişəliyə cəlb etmə) və 244-cü (Əxlaqsızlıq yuvaları saxlama) maddələri ilə cinayət işi açılıb.
Araşdırmalar davam etdirilir.
.jpg)
.jpg)
.jpg)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31