Nəsimidə yaşayış binasında yanğın olub
26 Fevral 2019 16:38 KriminalBakı şəhərinin Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, nəticədə ümumi sahəsi 200 m² olan 4 otaqlı mənzilin hamam otağının lambirindən ibarət tavanı və içərisindəki əşyalar 3 m² sahədə yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31