İcra məmuru rüşvət maddəsi ilə həbs edildi
26 Fevral 2019 16:30 KriminalCinayət işinə Şabran rayon Məhkəməsində baxılacaq
Şabran rayon İcra və Probasiya şöbəsinin İcra məmuru Məstanov Natiq Müzəffər oğluna cinayət işi açılıb.
İcra məmuruna Cinayət Məcəlləsinin 312.1-ci (Rüşvət vermə) maddəsi ilə ittiham verilib. Onun barəsində toplanan cinayət işinin materialları baxılması üçün Şabran rayon Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Çingiz İsgəndərovun icraatında araşdırılacaq. Məhkəmənin hazırlıq iclası martın 4-ə təyin edilib.
Qeyd edək ki, Məstanov Natiq Müzəffər oğlu 2010-cu ildən Ədliyyə orqanlarında çalışır.
aznews
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31