Poçtla göndərilən banderoldan heroin çıxdı

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb. Xidmətdən "Olaylar"a bildirilib ki,  Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsinə əsasən həbs edilmiş Abdullayev İlkin Cəmil oğluna poçt vasitəsilə göndərilmiş banderola baxış keçirilən zaman, orada olan şalvarın belindəki ipə hopdurulmuş 0,976 qram "Heroin" aşkar edilmişdir. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31