“Sədərək” ticarət mərkəzində yanğın söndürülüb
26 Fevral 2019 11:50 KriminalBakı şəhərinin Qaradağ rayonunda "Sədərək" ticarət mərkəzinin ərazisində anbarlardan birində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən saat 10:21 dəqiqədə söndürülüb. Bu barədə "Olaylar"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirib ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Qaradağ rayonunda "Sədərək" ticarət mərkəzinin ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış ünvanına cəlb olunub. İlkin məlumata görə, ərazidəki anbarlardan birinin dam örtüyü yanır. Hazırda yanğınsöndürmə işləri davam etdirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31