Oğurluqda şübhəli bilinən Ağdam rayon sakini saxlanılıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, Nərimanov RPİ 16-cı PB-nin əməkdaşları tərəfindən yanvarın 23-də rayon ərazisindəki ofislərin birindən 80 manat, 2 ədəd noutbuk və mobil telefon oğurlamaqda şübhəli bilinən Ağdam rayon sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş C.Abbasov saxlanılmışdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31