Bakı sakinindən odlu silah götürülüb
25 Fevral 2019 18:27 KriminalBakı şəhər sakinindən müvafiq sənədləri olmayan silah götürülüb. DİN-dən "Olaylar"a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sabunçu rayonu ərazisində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Z.Əsgərovdan müvafiq sənədləri olmayan, lüləsi kəsilmiş "TOZ-16" markalı tüfəng və 2 ədəd patron aşkar edilərək götürülmüşdür.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31