Xeyli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb

Daxili işlər orqanları  əməkdaşları tərəfindən narkotik vasiətlər aşkar edilərək götürülüb. DİN-dən "Olaylar"a verilən məlumata görə, fevralın 23-də Astara rayonunun Züngüləş kəndi ərazisində dövlət sərhədini qanunsuz keçmiş İran vətəndaşı T.Əbduləli Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılmışdır. Dövlət Sərhəd Xidməti və Astara Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən aparılmış araşdırmalarla onun özü ilə gətirdiyi narkotik vasitəni kənd ərazisində naməlum şəxslərə verməsi müəyyən edilmişdir.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində T.Əbduləlidən narkotik vasitəni almaqda şübhəli bilinən Ərçivan qəsəbə sakini, əvvəllər oğurluq və qəsdən adam öldürməyə görə məhkum olunmuş V.Hacıyeva və Astara şəhər sakini A.Məmmədov qısa müddətdə müəyyən edilərək saxlanılmışlar. Davam etdirilən tədbirlərlə V.Hacıyevanın yaşadığı evdən 8 ədəd plastik bankaya qablaşdırılmış, çəkisi 2 kiloqram 550 qram heroin, 540 qram marixuana, 64 ədəd "Tropikamid mydrax" göz damcısı, 300 qram metamfetamin və 1000 ədəd "Pregabalin" həbləri aşkar edilərək götürülmüşdür.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31