Vətəndaşlardan narkotik vasitə götürülüb

Hüquq mühafizə orqanları tərəfindən vətəndaşlardan xeyli miqdarda narkotik vasitə götürülüb. DİN-dən "Olaylar"a bildirilib ki, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Gəncə dəmir yolu stansiyası ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində üzərində narkotik daşımaqda şübhəli bilinən Gəncə şəhər sakini E.İbrahimov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 488 qram marixuana aşkar edilərək götürülmüşdür.

Şəki Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılan şəhər sakini S.Abdulrəhimovdan 475 qram, Naftalan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılan şəhər sakini, əvvəllər məhkum olunmuş P.Ruzicəngidən isə 426 qram marixuana aşkar edilərək götürülmüşdür. Faktlarla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31