5 avtomobili qarət edən şəxs ələ keçib

Binəqədi rayonu ərazisində 5 avtomobili qarət edən şəxs saxlanıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, Binəqədi RPİ-nin 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ayrı-ayrı vaxtlarda rayon ərazisində "AzSamand", "Nissan", "Ford-Transit", "Daewoo" və "London Taxi" markalı 5 avtomobildən pul, mobil telefon və sənədlər oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini E.İsayev saxlanılmışdır. Araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31