Əcnəbi vətəndaşın maşını qarət edilib
25 Fevral 2019 18:20 KriminalXətai rayonu ərazisində əcnəbi vətəndaşın avtomobilindən pulqabı oğurlanıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, Xətai RPİ-nin 37-ci Polis Şöbəsinə müraciət edən əcnəbi vətəndaş yanvarın 25-də "BMW" markalı avtomobilindən içərisində 1600 manat olan pulqabısının oğurlandığını bildirib.Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən İmişli rayon sakini, əvvəllər məhkum olunmuş M.Mirbabayev saxlanılıb. Araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31