Sumqayıtda beşmərtəbəli bina yanıb

Sumqayıtda beşmərtəbəli binada yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 47 m² olan mənzilin eyvanında dolab 2 m² sahədə yanıb. Yanğın zamanı 5 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təxliyə edilib. Mənzil yanğından mühafizə olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31