Bakıda dayanacaqda hadisə - Piyada avtobusun altında qaldı
24 Fevral 2019 12:32 KriminalPaytaxtın Suraxanı rayonunda baş vermiş yol-nəqliyyat qəzası nəticəsində 1 nəfər dayanacaqda dayanmış avtobusun altına düşüb.
Piyadanın xilas olunması üçün Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə çağırılıblar.
Piyada avtobusun altından çıxarılaraq Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadasına təhvil verilib.
qafqazinfo
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31