Bir gün əvvəl nişanı olmuşdu, qəzada dünyasını dəyişdi
22 Fevral 2019 15:42 KriminalBakıda bir gün əvvəl nişanlanan gənc qəzada həlak olub.
Hadisə dünən gecə saatlarında şəhər şosesindən Maştağaya gedən yolda baş verib.
Belə ki, Əli Novruzov metronun "Koroğlu" stansiyasının yanından "1 manatlıq" taksi ilə Maştağa qəsəbəsinə gedirmiş. Taksi sürücüsü qəza törədib və sərnişini Əli Novruzov həyatını itirib.
Ə. Novruzovun fevralın 20-də nişanı olub. O, iş yoldaşı Aytən adlı qızla nişanlanıb. Onların hər ikisi "Koroğlu" stansiyasının yaxınlığında yerləşən "Bravo" marketdə işləyirmiş.
virtualaz
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31