Cəlilabadda sərhəd pozucusu saxlanıldı – İ ki qurumdan əməliyyat

Cəlilabad rayon polis şöbəsi və Dövlət Sərhəd Xidməti əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində sərhəd pozucusu saxlanılıb və 6 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, fevralın 21-də birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində dövlət sərhədini pozmuş Cəlilabad şəhər sakini, əvvəllər məhkum olunmuş Q.Yaqubov saxlanılıb.​Saxlanılan şəxsin İrandan gətirdiyi narkotik tərkibli vasitələri Kövüzbulaq kəndində yaşayan qohumuna məxsus yardımçı təsərrüfatda gizlətməsi müəyyən edilib.Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə qeyd edilən yardımçı təsərrüfatdan çəkisi 4 kiloqram olan heroin və 2 kiloqram olan tiryək aşkar edilərək götürülüb.Faktla bağlı araşdırmalar aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31