Mağazadan içərisində 6875 manat olan seyfi oğurlanıb
21 Fevral 2019 16:42 KriminalOğurluqda şübhəli bilinən Cəbrayıl rayon sakinləri tutulublar. DİN-dən "Olaylar"a verilən məlumata görə, Cəbrayıl RPŞ (Biləsuvar rayonu) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki mağazaların birindən 357 manat pul və tütün məmulatı, habelə içərisində 6875 manat olan seyfi oğurlamaqda şübhəli bilinən Cəbrayıl rayon sakinləri Y.Abbasov və R.Həşimov saxlanılıblar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31