Oğurluğa cəhd göstərmiş Gəncə şəhər sakini saxlanılıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, fevralın 20-də Gəncə dəmiryolu stansiyasının ərazisindən 7 ədəd rels altlığını, 22 ədəd qastili və 1 ədəd işıqforun xamutunu söküb oğurlamağa cəhd göstərmiş Gəncə şəhər sakini O.Şabanov Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31