Sumqayıt sakinindən odlu silah götürülüb

Sumqayıt şəhər sakinindən odlu silah götürülüb. DİN-dən "Olaylar"a verilən məlumata görə, Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarş tədbirləri nəticəsində saxlanılan Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş H.Mirzəyevdən "Ceska-Zbroscvka" markalı tapança, 1 ədəd patron darağı və 4 ədəd patron aşkar edilərək götürülüb. Faktla bağlı cinayət işi başlanılmışdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31