Gəncədə oğurluqla məşğul olan şəxslər yaxalanıblar

Oğurluqda şübhəli bilinən Gəncə şəhər sakinləri saxlanılıblar. DİN-dən "Olaylar"a verilən məlumata görə, Baş Cinayət Axarışı İdarəsi və Gəncə ŞBPİ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 3-də mağazaların birindən 130 manat, tütün məmulatı və ərzaq məhsulları oğurlamaqda şübhəli bilinən şəhər sakinləri, əvvəllər qəsdən sağlamlığa ağır zərər vurmaya görə məhkum olunmuş S.Əliyev və X.Ağayev saxlanılıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31