Piyadanı vurub qaçan sürücü tutulub

Binəqədi rayonunun Azadlıq prospektində yol-nəqliyyat hadisəsi qeydə alınıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, fevralın 20-də saat 12 radələrində Binəqədi rayonunun Azadlıq prospektində müəyyən edilməmiş avtomobillə Bakı şəhər sakini Ş.Əmrahova vurulmuşdur. Nəticədə piyadaya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb. Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən "Toyota" markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini E.Camalov saxlanılıb

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31