“Toyota” yolu keçən piyadanı vurub öldürdü

Şəki rayonunun Aşağı Göynük kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən "Olaylar"a verilən məlumata görə, fevralın 20-də saat 11 radələrində Şəki rayonunun Aşağı Göynük kəndi ərazisində Zaqatala şəhər sakini F.Bayramlı idarə etdiyi "Toyota" markalı avtomobillə yolu keçən kənd sakini S.Süleymanovanı vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada  orada ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31