Qubada çaya düşən ekskavator sürücüsünün meyiti tapılıb

07.02.2019-cu il tarixində Quba rayonunun Vəlvələ kəndi yaxınlığında Vəlvələçay çayının sahilində aparılan qazıntı işləri (qum-çınqıl karxanası) zamanı ekskavatorun aşması nəticəsində suya düşən (qazıntı işləri zamanı yaranan və dərinliyi 12-15 metr olan su hövzəsi) 1978-ci il təvəllüdlü Qasımov Vüqar Eyvaz oğlunun axtarışları başa çatıb. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a bildirilib ki, nazirliyin Şimal Regional Mərkəzinin xilasedicilərinin, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-axtarış qruplarının həyata keçirdikləri axtarış işləri nəticəsində V.Qasımovun meyiti aşkar olunub. Meyit aidiyyəti üzrə təhvil verilib. Əməliyyat başa çatıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31