Bakıda soyğunçuluqla məşğul olan şəxs saxlanıb
20 Fevral 2019 15:36 KriminalPaytaxt Bakıda soyğunçuluqla məşğul olan şəxs saxlanıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, fevralın 19-da metronun "28 May" stansiyasının platformasında bir nəfər Abşeron rayon sakini S.Babayevaya zor tətbiq edib mobil telefonunu ondan alıb. Metropolitendə PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Cəlilabad rayon sakini H.Əbilzadə saxlanılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31