İki qadının çantasını oğurlayan ələ keçib
20 Fevral 2019 15:33 Kriminalİki qadının çantalarını oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, Nəsimi RPİ 20-ci PB-nin əməkdaşları tərəfindən ötən il noyabrın 8-də iki qadının içərisində pul, mobil telefon və sənəd olan çantalarını oğurlamaqda şübhəli bilinən Zaqatala rayon sakini S.Balayeva saxlanılıb. Ətrafında aparılmış tədbirlərlə onun ötən il dekabrın 28-də daha bir qadının içərisində 400 manat, bankomat kartı və sənəd olan pulqabısını oğurlaması da müəyyən edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31