Vətəndaşlardan odlu silah götürülüb
20 Fevral 2019 14:52 KriminalHüquq-mühafizə orqanları vətəndaşlardan odlu silah götürüblər. DİN-dən "Olaylar"a verilən məlumata görə, Şəki ŞRPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Böyük Dəhnə kənd sakini F.Məmmədovdan müvafiq sənədləri olmayan "İJ-16" markalı ov tüfəngi və 2 ədəd patron aşkar edilərək götürülüb.
Həmçinin Oğuz RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Baş Daşağıl kənd sakini M.Haşımovun evindən müvafiq sənədləri olmayan "İJ-28" markalı ov tüfəngi aşkar edilərək götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31