Məcburi köçkünlərin məskunlaşdığı binada yanğın olub
20 Fevral 2019 14:30 KriminalBakı şəhərinin Sabunçu rayonunda məcburi köçkünlərin məskunlaşdığı bina danğın baş verib. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, nəticədə bir dam altında tikilmiş, ümumi sahəsi 1140 m² olan birmərtəbəli tikilinin (arakəsmələri taxta konstruksiyalardan ibarət) yanar konstruksiyaları 670 m² sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31