Bakı sakininin 80 manat pulunu alıb aradan çıxdı

Paytaxt sakininə zor tətbiq edərək pulunu almaqda şübhəli bilinən Bakı şəhər sakini saxlanılıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, Suraxanı RPİ 30-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 16-da paytaxt sakini A.Rəhimova zor tətbiq edərək 80 manatını almaqda şübhəli bilinən Bakı şəhər sakini V.Bağırov saxlanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31