Qəza törədib aradan çıxan şəxs saxlanıb
19 Fevral 2019 17:41 KriminalQəza törədərək hadisə yerindən yayınan şəxs saxlanıb. DİN-dən "Olaylar2a verilən məlumata görə, fevralın 17-də saat 23 radələrində Qaradağ rayonunun Qızıldaş qəsəbəsi ərazisində piyadanın ölümü ilə nəticələnmiş yol qəzası barədə 38-ci Polis Bölməsinə məlumat daxil olmuşdur. Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir. Araşdırmalarla qəsəbə sakini N.Şahverdiyevanın yolu keçərkən müəyyən edilməmiş avtomobillə vurulduğu məlum olub. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin "Niva" markalı avtomobillə törədilməsi müəyyən edilmişdir. Qəzanı törədərək hadisə yerindən yayınan həmin nəqliyyat vasitəsini idarə edən Qızıldaş qəsəbə sakini V.Qasımov polis əməkdaşları tərəfindən saxlanılmışdır. Araşdırma aparılır.